“Nyukasl”dan 40 milyon avroluq transfer
"Nyukasl Yunayted" heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.
Sportline.az xəbər verir ki, əsas hədəf "Nottinhem Forest"in brazilyalı futbolçusu Rodriqo Munizdir.
Oyunçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, Muniz ötən mövsüm meydana çıxdığı 36 matçda 11 qol 2 asistlə yadda qalıb.