Nyukasl"ı "Barselona"ya dəyişə bilər
"Nyukasl Yunayted"in brazilyalı futbolçusu Bruno Gimarayeş karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, "Barselona" mövsümün sonunda Gimarayeş üçün rəsmi təklif göndərəcək.
27 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 80 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Hansi Flik Gimarayeşin transferini rəhbərliktən tələb edib.
Bruno Gimarayeş bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 36 oyunda 3 qol və 8 məhsuldar ötürmə müəllifi olub.
Onun "Nyukasl Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.