"Nyukasl"ın 1 nömrəli hədəfi seneqallı hücumçudur
"Çelsi"nin seneqallı forvardı Nikolas Cekson bu yay komandasını dəyişə bilər.
Sportline.az xəbər verir ki, İsak klubdan ayrılsa, "Nyukasl Yunayted"in rəhbərliyi N.Ceksonu transfer etməyə çalışacaq.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
"Nyukasl" 48 saat içində "Çelsi"yə rəsmi təklif göndərəcək.
Qeyd edək ki, London klubunun rəhbərliyi 24 yaşlı futbolçu üçün ən azı 50 milyon avro tələb edir.