Obameyanq Fransa klubu ilə anlaşıb
Fransanın "Liqa 1" təmsilçisi "Marsel" Səudiyyə Ərəbistanı klubu "Əl Qadsiyə"dən ayrılan təcrübəli hücumçu Pier-Emerik Obameyanq ilə yenidən anlaşdı.
Sportline.az xəbər verir ki, 36 yaşlı qabonlu forvard "Marsel"lə 2 illik müqavilə imzalayıb. Bu, Obameyanq üçün fransız klubuna ikinci dönüşdür. O, 2023–2024 mövsümündə də "Marsel"in formasını geyinmişdi.
Təcrübəli oyunçunun geri qayıdışı klub azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb. Obameyanqın Liqa 1-dəki təcrübəsi və qolları ilə "Marsel"ə töhfə verməsi gözlənilir.