Oğuz Aydın “Fənərbağça”dan ayrıla bilər
Yay transfer pənəcərəsində “Alanyaspor”dan “Fənərbağça”ya transfer olunan Oğuz Aydının qışda klubdan ayılacaqı bildirilir.
Sportline.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu mövsüm cəmi 22 dəqiqə meydanda olan 23 yaşlı futbolçunun yanvarda icarəyə veriləcəyi açıqlanıb.
Oğuz Aydınla Super Liqanın bir sıra klublarının maraqlandığı qeyd olunur.
Qeyd edək ki, Oğuz Aydın daha öncə “Bucaspor”, “Karacabey”, və “Alanyaspor” kimi klubların şərəfini qoruyub.