Okan Buruk üç futbolçunu siyahıdan silib
"Qalatasaray"ın çalışdırıcısı Okan Buruk növbəti mövsüm bu 3 futbolçunu heyətdə görmək istəmir.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, bu mövsüm istənilən performansı göstərə bilməyən Vilfred Zaha, Tete və Serxio Oliviera növbəti mövsüm üçün "Cim-bom"un planlarına daxil deyil.
Həmçinin xəbərdə bildirilir ki, klub rəhbərliyi komandaya fayda verən Barış Alper, Berkan Kutlu və Kerem Aktürkoğlu kimi adları klubda saxlamaq istəyir.
Qeyd edək ki, "Qalatasaray" Super Liqanın 37-ci həftəsində keçiriləcək "Fənərbağça" ilə görüşdə məğlub olmasa 24-cü çempionluğunu rəsmləşdirəcək.