Okan Buruk Muslera haqqında danışıb

“Qalatasaray”ın baş məşqçisi Okan Buruk komandanın kapitanı Fernando Musleranın nə zaman klubdan ayrılacağını açıqlayıb.

Sportline.az xəbər verir ki, Okan Buruk “Tv100” kanalına müsahibə verərkən Musleranın gələn yay ölkəsinə qayıdacaqını söyləyib.

“Musleranın əsas istəyi gələn yay ölkəsinə getməkdir. Bu onun sonuncu mövsümü olacaq. O peşəkar futbolçudur. Ona ən yaxşısını arzu edirəm”, - deyə O.Buruk bildirib.

Qeyd edək ki, Muslera 2011-ci ildə 6.7 milyon qarşılıqında “Latsio” klubundan transfer olunmuşdu.