Okan Buruk “Qalatasaray”ın tarixinə düşüb
"Qalatasaray"ın başında 108 matça çıxan Okan Buruk 75 faizlik qalibiyyət göstəricisi ilə Fatih Terimi geridə qoyub.
Sportline.az “Fanatik” qəzetinə istinadən xəbər verir ki, Okan Buruk 108 matçda ortalama 2,36 xal, Fatih Terim isə ilk 108 matçda yüzdə 67% qalibiyyət ilə 2,24 xal əldə edib.
Qeyd edək ki, Okan Buruk 2022-ci ildən etibarən “Qalatasaray”ı çalışdırır.