Okan Buruk Super Liqada bir ilkə imza ata bilər
İki mövsümdür "Qalatasaray"da rekordları alt üst edən Okan Buruk Super Liqa tarixində bir ilki gercəkləşdirə bilər.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Super Liqada ardıcıl 17 oyundur qələbə qazanan "Qalatasaray" son 2 görüşdə də qalib gələcəyi təqdirdə yeni bir rekorda imza atacaq.
Belə ki, liqa tarixində bir dövrə ərzində oynadığı bütün matçlarda qalib gələn komanda olmayıb və son 17 görüşün hamısını qazanan Okan Burukun kollektivi buna çox yaxıdır.
Qeyd edək ki, "Qalatasaray" son 2 turda "Fənərbağça" və "Konyaspor"la qarşılaşacaq.