Olimpiadadan daha bir qızıl medal xəbəri

Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir. SportLine.az xəbər verir ki, yarışın növbəti günündə Azərbaycan komandası daha bir qızıl medal qazanıb.

Gimnast Yelizaveta Luzan birinci yeri tutub. O, qrup üzrə hərəkətlərdə qalib olub.

Qeyd edək ki, bunadək taekvondoçu Cavad Ağayev bürünc, cüdoçu Vüqar Talıbov qızıl medala yiyələnib.