Olimpiadaya həsr olunan 3D "street-art"
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin dəvətiylə Ukraynada 3D "street-art" sənətinin əsasını qoyan rəssamlardan biri Aleks Maksiov paytaxtımızdadır. SportLine.az xəbər verir ki, 1990-cı ildən "street-art"la məşğul olan, Almaniya, İtaliya və Rusiyada keçirilən festivalların qalibi və laureatı Bakı Şahmat Olimpiadasına həsr olunan əsərin hazırlığına başlayıb. Aleks Maksiovun iş prosesini izləmək üçün sizləri Milli Parka (Kukla Teatrının yaxınlığında) dəvət edirik.
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr olunan 3D "street-art" tablosunun sabah yekunlaşacağı gözlənilir.