“Olimpiakos” “Pafos”la matça itkilərlə çıxacaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun oyunları davam edir.
Sportline.az xəbər verir ki, "Olimpiakos" öz meydanında "Pafos"la üz-üzə gələcək.
Yunanıstan klubunda itkilərin sayı kifayət qədərdir. Rodiney, Gelson Martins, Roman Yaremçuk zədə, Kostantinos Tzolakis isə cəza səbəbindən oyunu buraxmalı olacaq.
"Pafos"un isə matçda optimal heyətlə çıxacağı gözlənilir.
Qeyd edək ki, start fiti Bakı vaxtı ilə saat 20:45-də səslənəcək görüşü ruminyalı hakim İstvan Kovaç idarə edəcək.