Olimpiya çempionumuz mübarizəyə başlayır

Bu gün Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulacaq. 

Sportline.az xəbər verir ki, yarışın sonuncu - dördüncü günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxacaq. 

Kişilərin 74 kiloqram çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində  Kunter Stroom Karlla (Estoniya) qarşılaşacaq.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kiloqramdan yuxarı çəkidəki Radik İsayev 1/4 finalda Cem Ünlüsoy (Almaniya) - Erik Farmakas (İsveç) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu ilə təmsil olunur.