Olimpiya çempionunu necə zəhərlədilər?
Vasili Alekseyev. Bu ad, yaşlı nəslin nümayəndələrinə daha yaxşı tanışdır. Təbii ki, ağır atletika həvəskarları, dünya idmanı ilə yaxından maraqlananlar da, 70-ci illərin ən güclü atleti haqda məlumatsız deyillər. Super ağır çəkidə ikiqat Olimpiya, 8 dünya və 8 dəfə Avropa çempionu 80 dünya rekordunun da müəllifi kimi tanınır. Münhen və Monreal Olimpiya Oyunlarının qalibindən 1980-ci il Moskva olimpiadasında da, qızıl medal gözlənilirdi. Amma, ardıcıl 3-cü çempionluq Alekseyevə qismət olmur. Buna qədər birdən qaldırmada 156 kq-ın öhdəsindən gələn atlet 120 kq-ı qaldıra bilmir. 2011-ci ildə ürək xəstəliyindən dünyasını dəyişən idmançı ölümündən 3 ay əvvəl həmin məsələyə belə aydınlıq gətirib: “ Körpücüyə qalxmazdan əvvəl məşqçilər mənə guya Altay otlarından hazırlanmış gümrahlıq üçün içki verdilər. Dərhal düşünmə qabiliyyətimi itirdim. Hər şey gözümə kəllə-mayallaq görünürdü. Nəticədə, 120 kq-da qaldıra bilmədi. Yarım ildən sonra aydınlaşdırdım ki, əclaflar bunu qəsdən ediblər. Qızıl medalı komanda yoldaşıma qazandırmaq lazım imiş” – sitatın sonu.
Xatırladaq ki, Moskva olimpiadasında superağır çəkidə baş mükafata SSRİ seçməsinin digər üzvü Sultan Rəhmanov sahib çıxmışdı.