Olimpiya Festivalı: Üzgüçümüz 6-cı oldu

Azərbaycan idmançısı Məryəm Şeyxəlizadəxangah “EYOF Bakı 2019”da 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında altıncı yeri tutub.

Sportline.az xəbər verir ki, təmsilçimiz finalda 1 dəqiqə 0.95 saniyə nəticə göstərib. Yarışın qalibi adına rusiyalı Aleksandra Sabitova layiq görülüb. O, finişə 59.07 saniyəyə çatıb. Rəqibindən cüzi fərqlə geri qalan belçikalı Roos Vanotterdyik (59.33 saniyə) gümüş, almaniyalı Amelie Zaxenhuber (1:00.01 saniyə) bürünc medal qazanıblar.

Bu, Rusiya atleti Aleksandra Sabitovanın ikinci çempionluğudur. O, iyulun 23-də qızlar arasında 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında da qızıl medal qazanıb.