Olimpiyadaya daha iki lisenziya imkanı
15-17 aprel tarixlərində Serbiyanın Zrenyanin şəhərində güləş üzrə Olimpiya təsnifat turniri keçiriləcək.
SportLine.az xəbər verir ki, yunan-roma güləşi üzrə Azərbaycan seçməsi yarışda iki pəhləvanla təmsil olunacaq. 66 kq-da Kamran Məmmədov, 98 kq-da isə Şalva Qadabadze Rioya vəsiqə qazanmağa çalışacaq. Bunun üçün, ən azından, finala yüksəlmək tələb olunur.
Qeyd edək ki, yunan-roma seçməmizin aktivində artıq 4 lisenziya var.