"Omoniya"nın baş məşqçisi: "Qarabağ"la oyun bizim üçün yaxşı təcrübə olacaq"
"Sabahkı oyun bizim üçün yaxşı təcrübə olacaq. Meydanda bütün gücümüzü ortaya qoyub ən yaxşı nəticəni qazanmağa çalışacağıq".
Sportline.az xəbər verir ki, bunu Kipr "Omoniya"sının baş məşqçisi Henninq Berq Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup oyunundan öncə mətbuat konfransında deyib.
Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.