"Omoniya"nın əsas qapıçısı "Qarabağ"la matçı buraxacaq
Kiprin "Omoniya" klubu Bakıda "Qarabağ"a qarşı UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur matçında daha bir oyunçusunun xidmətindən yararlana bilməyəcək.
Sportline.az "Balla" nəşrinə istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin əsas qapıçısı Fabiano görüşdə iştirak etməyəcək.
IV turda İsveçrə "Bazel"i ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnən 33 yaşlı braziliyalı qolkiper artıq ili başa vurub.
Qeyd edək ki, noyabrın 25-də keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Daha əvvəl Yannis Kusulosun qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib.
Azərbaycan təmsilçisi IV turda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gəlməklə pley-offa vəsiqəni təmin edib.