Onur Quluzadə Çinə yollanıb

İstedadlı stolüstü tennisçimiz Onur Quluzadə ustalıq səviyyəsinin artırılması məqsədi ilə daha bir beynəlxlaq toplanışda iştirak edəcək.

Sportline.az ASTF-yə istinadla xəbər verir ki, o, məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çinin “Hebei Zhenqdinq Stolüstü Tennis Təlim Bazası”nda hazırlıq prosesi keçəcək.

Seçmə komandamızın üzvü ardınca noyabrın 28-dən dekabrın 3-dək Sankt-Peterburqda keçiriləcək beynəlxalq yarışa qatılacaq.

Qeyd edək ki, qitənin ən istedadlı stolüstü tennisçilərindən sayılan Onur Quluzadə mütəmadi olaraq beynəlxalq təlim-məşq toplanışlarına dəvət alır.