Orkun Kökçü: “Beşiktaş”a transfer ola bilərdim”

“Benfika”nın türkiyəli futbolçusu Orkun Kökçü “Beşiktaş” klubu haqqında danışıb.

Sportline.az xəbər verir ki, “Trt Spor” kanalına müsahibə verən 23 yaşlı futbolçu bu fikirləri səsləndirib;

“İlk dönəm “Beşiktaş”a transferim gündəmdə idi. “Feyenord” U19-da çıxış edən zaman mənə A komandaya keçəcəksən demişdilər lakin sözlərini tutmadılar. Məndə atama zəng etdim dedim ki, “Beşiktaş”a transfer olmaq istəyirəm. “Beşiktaş”a transfer olmağa çox yaxın idim. Lakin “Beşiktaş” klubunun rəhbərliyi 1 milyon dolları ödəmək istəmədi”, - deyə Orkun Kökçü bildirib.

Qeyd edək ki, Orkun Kökçü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 16 matçda 4 qol və 3 asistlə yadda qalıb.