Orsatonun rusların təklifindən imtinasının səbəbi bilindi

Məşhur italiyalı referi Daniele Orsato maraqlı açıqlama ilə yenidən gündəmə gəlib.

Sportline.az xəbər verir ki, o, Rusiya Futbol İttifaqının Hakim-ekspertlər komissiyasından aldığı təklifdən imtinasının səbəbini siyasətlə əlaqələndirib.

"Qətiyyən Rusiyaya yollanmaq fikrim yoxdur. Mənə ekspert komissiyasında təmsil olunmaq təklif edilmişdi. Bu gözəl təklif idi. Amma, hazırkı siyasi mühitdə etik prinsipləri nəzərə alaraq bundan imtina etdim", - deyə Orsato "Repubblica"ya bildirib.

Məşhur referi həmçinin, yaxın vaxtlarda öz layihələri ilə məşğul olacağını vurğulayıb.