Oryel Manqala: "Fransa bizimlə oyunun favoritidir"

Belçika millisinin üzvü Oryel Manqala AVRO:2024-ün bu gün keçiriləcək Fransa - Belçika matçı ilə bağlı düşüncələrini UEFA-nın saytında bölüşüb.

Sportline.az xəbər verir ki, təcrübəli futbolçu 1/8 final mərhələsinin oyununda rəqib komandanın imkanlarını yüksək qiymətləndirib.

"Əlbəttə ki, oyunun favoriti Fransadır. Onlar ənənəvi olaraq belə yarışlarda daha uzağa gedə bilirlər. Son illərdəki dünya çempionluğu da bunu təsdiqləyir. Bununla belə, hər iki komanda meydana döyüşkən ruhla çıxacaq. Görək, sonda kim güləcək...", - deyə Manqala bugünkü oyunla bağlı sualı cavablandırıb.

Qeyd edək ki, Fransa - Belçika oyununun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.