Osayi “Fənərbağça”dan bu qədər məvacib istəyir

“Fənərbağça” klubunun nigeryalı müdafiəçisi Brayt Osayi Samuel aldığı maaşdan narazıdır.

Sportline.az “Sabah Spor” qəzetinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu klubdan illik 2.5 milyon avro maaş istədiyi bildirilir.

Klub hazırda oyunçuya illik 1.8 milyon avro pul ödəyir.

Qeyd edək ki, Osayi Samuel 2020-ci ildən “Fənərbağça”nın şərəfini qoruyur.