Osayi Samuel karyerasını İngiltərə davam etdirə bilər

“Fənərbağça”nın 26 yaşlı nigeryalı futbolçusu Brayt Osayi Samuel yanvarda klubdan ayrılacaqı gözlənilir.

Sportline.az “ntvspor.net”ə istinadən xəbər verir ki, “Norviç” klubu oyunçunun xidmətində maraqlıdır. “Fənərbağça” rəhbərliyi ingilis klubundan 20 milyon avro tələb edir.

Osayi Samuelin “Fənərbağça” ilə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Qeyd edək ki, Osayi Samuel bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 1 asistlə yadda qalıb.