Osimhen: “Qalatasaray”da hər şey yuxu kimi gəlir mənə”
“Qalatasaray”ın nigeryalı futbolçusu Viktor Osimhen klub haqqında maraqlı açıqlama verib.
Sportline.az “Sports Digitale” nəşrinə istinadən xəbər verir ki, Osimhen “Qalatasaray” klubunda çıxış etməkdən məmnundur.
“Qalatasaray”da çox xoşbəxtəm. Burada yaxşı xatirələrim var. İnanıram ki çoxlu titullar əldə edəcəyik. Bunun üçün çox çalışırıq. “Qalatasaray”da hər şey yuxu kimi gəlir mənə. Sanki yuxudayam. Bu böyük klubun bir parçası olmaq mənim üçün qürur vericidir”, - deyə Osimhen bildirib.
Qeyd edək ki, Osimhen “Qalatasaray”da icarə əsasında çıxış edir.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 8 qol və 3 asistlə yadda qalıb.