Osimhenin maskasından taxanlar stadiona buraxılmayacaq

"Qalatasaray"ın satışa çıxardığı Viktor Osimhen maskasının idman qanunlarına uyğun olaraq matç günləri stadionda azarkeşlərin taxmasına icazə verilməyəcəyi açıqlanıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, maskanı stadionda matç günləri taxmaq qadağan edildiyi bildirilib. Maska son 1 ay 250.000 ədəd satılmışdı.

Qeyd edək ki, “Qalatasaray” Osimhen maskasının satışından yüksək gəlir əldə edib.