Ötən ilin rəmzi komandası
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin rəmzi komandasını açıqlayıb.
Sportline.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi komandada "Real"ın və PSJ-nin hərəyə 3, "Mançester Siti"nin 2, "Liverpul", "Leyptsiq" və "Bavariya"nın isə hərəyə 1 futbolçusu yer alıb.
Qapıçı: Tibo Kurtua (Belçika, “Real”);
Müdafiəçilər: Əşrəf Hakimi (Mərakeş, PSJ), Yoşko Qvardiol (Xorvatiya, “Leyptsiq”), Vircil Van Deyk (Niderland, “Liverpul”), Alfonso Deyvis (Kanada, “Bavariya”);
Yarımmüdafiəçi: Luka Modriç (Xorvatiya, “Real”), Kevin De Bruyne (Belçika, “Mançester Siti”), Lionel Messi (Argentina, PSJ);
Hücumçular: Erlinq Haland (Norveç, “Mançester Siti”), Kərim Benzema (Fransa, “Real”), Kilian Mbappe (Fransa, PSJ).