Ovusu Avroliqanın bombardirləri siyahısında

Avropa Liqasının qrup mərhələsinin bombardirləri müəyyənləşib.

Sportline.az xəbər verir ki, siyahıya hərəyə 4 qolla Santyaqo Ximenes (“Feyenoord”, Nidrland) və Vitinya (“Braqa”, Portuqaliya) başçılıq edir. Daha 16 futbolçu isə 3 qolla sonrakı yeri bölüşdürür. Onların sırasında “Qarabağ”ın hücumçusu Ovusu Kvabena da var.

Qanalı oyunçu “Nant” və “Frayburq”la evdə, “Olimpiakos”la səfərdəki görüşdə fərqlənib.

Banner