Ovusu "Ferensvaroş"da debüt matçında qol vurdu

Bir neçə gün əvvəl "Qarabağ"dan ayrılaraq Macarıstanın "Ferensvaroş" klubuna keçən Kvabena Ovusu yeni komandasında qol hesabını açıb.

Sportline.az xəbər verir ki, qanalı hücumçu ölkə çempionatının 17-ci turunda səfərdə "Pakş"a qarşı keçirilən oyunda fərqlənib.

Matçın 65-ci dəqiqəsində meydana daxil olan futbolçu 7 dəqiqə sonra rəqib qapısına yol taparaq hesabı 1:1 edib. Oyun "Ferensvaroş"un 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Banner