Ozan Can oynadı, komandası qalib gəldi

Niderland birinci divizionunda 20-ci turunun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını gveyindiyi “Eyndhoven” doğma meydanda “Den Boş”u qəbul edib. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

Kökçü 77-ci dəqiqədə meydana daxil olub və sonadək mübarizə aparıb.

Qeyd edək ki, hazırda "Eyndhoven" turnir cədvlində 36 xalla 3-cüdür.

Banner