Özbək futbolçu "Atlanta" yolunda
Özbəkistan millisinin üzvü Eldor Şomurodov karyerasını ABŞ-də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Roma"nın hücumçusu ilə "Atlanta Yunayted" klubu maraqlanır.
Bu haqda jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat paylaşıb.
Mənbənin bildirdiyinə görə, MLS təmsilçisi "Roma"ya bununla bağlı təklif ünvanlayıb.
Qeyd edək ki, Şomurodov ötən mövsüm icarə əsasında "Kalyari"nin şərəfini qoruyub.
24 oyunda meydana çıxan hücumçu 3 qol, 3 asist müəllifi olub.