Özbəkistan - Kolumbiya oyununun ən yaxşısı seçildi
DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda keçirilən Özbəkistan - Kolumbiya oyununun ən yaxşı futbolçusu açıqlanıb.
Sportline.az xəbər verir ki, bu, Luis Díaz olub. Kolumbiya millisinin vingeri komandasının 3:1 hesablı qələbəsində mühüm rol oynayıb.
Hazırda "Bavariya"yaa məxsus olan 29 yaşlı hücumçu matçın 65-ci dəqiqəsində Kolumbiyanın ikinci qolunu vurub.
Bundan başqa, o, oyun ərzində qapıya 2 zərbə endirib, rəqib cərimə meydançasında 6 dəfə topla təmasda olub ki, bu da hər iki komanda arasında ən yüksək göstəricidir. Diaz həmçinin etdiyi 24 ötürmədən 19-da dəqiq oynayıb və 79 faiz ötürmə dəqiqliyi nümayiş etdirib.