Ozobiçin yeni klubu bilindi
"Neftçi"dən ayrılan Filip Ozobiçin karyerasını Azərbaycanda davam etdirəcək.
Sportline.az xəbər verir ki, xorvat futbolçu "Turan Tovuz"la anlaşmağa yaxındır.
Onun bugünlərdə Qərb təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Ozobiç "Neftçi", "Qarabağ" və "Qəbələ"nin şərəfini qoruyub.