Paketa məhkəməyə verilə bilər
Lukas Paketa İngiltərə Futbol Assosiasiyasına (FA) qarşı məhkəmə iddiası qaldıra bilər.
Sportline.az xəbər verir ki, daha əvvəl “Vest Hem”in yarımmüdafiəçisi qəsdən sarı vərəqə almaqda ittihamlardan tam bəraət qazanmışdı. Məlumatlara görə, FA futbolçu üçün ömürlük diskvalifikasiya tələb etmişdi.
“The Times”ın xəbərinə əsasən, Paketa və London klubu “Mançester Siti”yə planlaşdırılan, amma baş tutmayan transferin pozulmasına görə FA-ya qarşı təzminat iddiası qaldırmağı nəzərdən keçirirlər. Həmin keçid “Vest Hem”ə on milyonlarla funt qazandıra bilərdi.