Palinya "Tottenhem"də
Joao Palinya karyerasını “Tottenhem”də davam etdirəcək.
Sportline.az xəbər verir ki, İngiltərə klubu portuqaliyalı yarımmüdafiəçini “Bavariya”dan satınalma hüququ ilə icarəyə götürdüyünü rəsmi şəkildə açıqlayıb.
İdman jurnalisti Florian Plettenberqin verdiyi məlumata görə, Almaniya təmsilçisi bu icarə müqaviləsindən, bonuslar daxil olmaqla, 5 milyon avroya qədər gəlir əldə edəcək.
Əgər “Tottenhem” satınalma opsiyasından yararlanarsa, əlavə 25 milyon avro və üstəlik 5 milyon avroya qədər bonus ödəniləcək.