"Palmeyras" "Qalatasaray"ın oyunçusu ilə maraqlanır
"Palmeyras" "Real Madrid"ə trasnfer olunan Endrikin yoxluğunu "Qalatasaray"ın futbolçusu ilə doldurmaq istəyir.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, "Palmeyras" icarə əsasında "Qalatasaray"da çıxış edən Carlos Vinisiusu heyətinə qatmaq istəyir.
Vinisius "sarı-qırmızı"lı klubla bu mövsüm çıxdığı 12 oyunda 2 qol, 1 asistlik performans göstərib.
Qeyd edək ki, müqavilə ilə "Fulhem"ə məxsus olan 29 yaşlı futbolçunun kontraktı mövsümün sonu bitəcək.