“Panatinaikos” çempionluq yolunda ağır itki ilə üzləşib

Fatih Terimin rəhbərlik etdiyi “Panatinaikos” çempionluq yolunda ciddi zərbə alıb.

Sportline.az xəbər verir ki, pley-off mövsümü davam edən Yunanıstan Super Liqasının 34-cü həftəsində “Panatinaikos” doğma meydanda  “Aris”lə qarşılaşıb.

Matç qonaların 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda vurulan yeganə qolun müəllifi 2-ci dəqiqədə Alvaro Zamora olub.

“Panatinaikos” bu məğlubiyyət ilə mövsümün sonuna 2 həftə qalmış lider AEK-nın 4 xal gerisinə düşüb.

34 turdan sonra Yunanıstan Liqasında vəziyyət belədir.

 

                                      Oyun                 Xal

1.AEK                              34                    75

2.PAOK                           33                    71

3.”Panatinaikos”           34                    71

4.”Olimpiakos”                 33                     70.