PAOK hücumçusunu itirdi
UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində "Qarabağ"ı qəbul edəcək PAOK daha bir ciddi itki ilə üzləşib. SportLine.az xəbər verir ki, Calma Kampuş məşq zamanı zədələnib. 29 yaşlı hücumçunun sağ ayağından zədələndiyi müəyyənləşib. Onun nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı MRT müayinəsindən keçdikdən sonra dəqiqləşəcək.
C.Kampuş böyük ehtimalla "Qarabağ"a qarşı oynamayacaq.
Qeyd edək ki, PAOK - "Qarabağ" oyunu sabah keçiriləcək.