PAOK - "Qarabağ": 10 avrodan 100 avroya

UEFA Avropa Liqasının 4-cü turu çərçivəsində keçiriləcək PAOK - "Qarabağ" matçının biletləri satışa çıxarılıb. SportLine.az xəbər verir ki, Saloniki şəhərində yerləşən “Tumba” stadionunda oynanılacaq görüşü canlı izləmək istəyənlər ən azı 10 avrolarından keçməlidirlər. Satışda həmçinin 15, 20, 30 və 40 avroluq biletlər də var. Qarşılaşmanı VİP-lojadan izləmək istəyənlər isə 100 avro ödəməlidirlər.

Qeyd edək ki, noyabrın 3-dən 4-nə keçən gecə baş tutacaq PAOK – “Qarabağ” matçının keçiriləcəyi “Tumba” stadionu 28 min 703 tamaşaçı tutumuna malikdir.