Paolo Maldinidən Messi haqqında maraqlı açıqlama
"Milan"ın sabiq kapitanı və hazırkı texniki direktoru Paolo Maldini Messi ilə bağlı maraqlı açıqlama ilə diqqət çəkib.
Sportline.az xəbər verir ki, o, Messini "Milan"a cəlb eləmək istədiyini bildirib.
Maldininin sözlərinə görə, bu, 2020-ci ildə Leo hələ "Barselona" olarkən baş verib.
"Messinin "Inter"ə keçə biləcəyini oxuyanda bərk əsəbləşdim. Dərhal işə başlayaraq 10 gün ərzində onu "Milan" gətirməyə çalışdım. Amma sonra başa düşdük ki, bu, sadəcə mümkün deyil", - deyə Maldini xatirəsini bölüşüb.
Qeyd edək ki, 2020-ci ilin yayında Lionel Messinin "Barselona"nı tərk edərək İtaliyaya gələcəyi ilə bağlı xəbərlər yayılmışdı.