Para-atletlərimiz Qran-pridə 3 medal qazandılar

Azərbaycanın para-atletika üzrə milli komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş Qran-pridə 3 medal qazanıb.

Sportline.az "Report"a istinadən xəbər verir ki, 6 idmançıdan 1-i qızıl, 2-si bürünc medala sahib olub. Heydər Həmidli nizə atma növündə F57 kateqoriyasında 43.75 m məsafə nəticə göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nüvə itələmə növündə isə Elvin Astanov F53 kateqoriyasında 7.3 metr, nəticə ilə), Oloxan Musayev isə F56 kateqoriyasında 10.65 metr nəticə ilə 3-cü yeri tutub.

Beləliklə, Həmidli və Astanov dünya reytinqinin ilk onluğunda qərarlaşaraq “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya şanslarını daha da artırıblar.

Qeyd edək ki, Beynəlxalq Para-Atletika Federasiyası “Tokio 2020”yə lisenziya qazanmış idmançıların adlarını aprelin 1-də açıqlayacaq. Hələlik para-atletlərdən Oloxan Musayev, Samir Nəbiyev və Kamil Əliyev 2019-cu ildə dünya çempionatındakı nailiyyətlərinə görə “Tokio 2020”yə birbaşa lisenziya qazanıblar.