Paris 2024: Bu gün futbol yarışlarında finalçılar bəlli olacaq
Paris Yay Olimpiya Oyunlarının futbol yarışlarında yarımfinal mərhələsi bu gün start götürür.
Sportline.az xəbər verir ki, meydana ilk olaraq İspaniya və Mərakeş milliləri çıxacaqlar. Marseldə keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Günün digər oyununda Fransa millisi Misirlə münasibətləri aydınlaşdıracaq. Lionda keçiriləcək görüşün start fiti saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Olimpiya Oyunlarının son qalibi Braziliya milllisidir.