Paris 2024: Futbol yarışlarında yarımfinal cütləri müəyyənləşib

Paris 2024 Yay Olimpiya oyunlarında futbol yarışları sona yaxınlaşır.

Sportline.az xəbər verir ki, ötən gün 4 yarımfinalçının adına aydınlıq gətirilib.

Nəticələrə əsasən Mərakeş, İspaniya, Misir və Fransa seçmələri adlarını son 4-ə yazdırıblar.

Mərakeş-ABŞ 4-0

Yaponiya-İspaniya 0-3

Misir-Paraqvay 1-1 (penaltilərlə 2-1)

Fransa-Argentina 1-0.

Yarımfinalda Mərakeş İspaniya ilə, Fransa Misirlə qarşı qarşıya gələcək.

Qeyd edək ki, oyunlar avqustun 5-də keçiriləcək.