Paris-2024: Triatlon yarışı Sena çayında suyun çirkli olması səbəbindən təxirə salınıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarının triatlon yarışı Sena çayında suyun keyfiyyətinə görə təxirə salınıb.
Sportline.az Report.az-a istinadən xəbər verir ki, bu gün baş tutmalı olan yarış suyun çirkli olması səbəbindən keçirilməyəcək.
Sentyabrın 2-nə qədər suyun keyfiyyəti normalara cavab verərsə, yarışın reallaşması mümkün ola bilər.
Qeyd edək ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının triatlon yarışları da Sena çayında suyun keyfiyyətsizliyi səbəbindən təxirə salınmışdı.