Paris 2024: Türkiyəli güləşçi yarımfinala yüksəlib

Paris 2024 Olimpiadasında mübarizə aparan türkiyəli güləşçi Taha Akgül adını yarımfinala yazdırıb.

Sportline.az xəbər verir ki, 125 kq cəki dərəcəsində yarışan idmançı 1/4 finalda macar Daniel Liyeti məğlub edərək son 4-ə qalıb.

Qeyd edək ki, Taha 1/8 finalda puerto rikolu Daris Smiti 10-0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, Türkiyə komandası Paris Olimpiyadasında 2 gümüş, 3 bürünc medal ilə 60-cı pillədə qərarlaşır.