"Parma" yenidən İtaliya A Seriyasında

"Parma" klubu 3 ildən sonra İtaliya A seriyası geri qayıdıb.

Sportline.az xəbər verir ki, "Parma" İtaliya B seriyasının 36-cı turunda səfərdə Bari ilə 1-1 hesablı bərabərlikdən sonra elitaya yüksəlməyi təmin  edib.

Bu nəticə ilə "Parma"nın sona 2 tur qalmış liqanı ilk 2-də bitirməyi dəqiqləşib.

Qeyd edək ki, İtaliya B Seriyasında ilk 2 pilləni tutan komandalar birbaşa olaraq A Seriyasına vəsiqə qazanırlar.