Partlayış yerində tapılan məktubda yazılıb ki...
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin “Borussiya” - “Monako” oyunundan öncə Dortmunddakı partlayışların həyəcanı davam edir. Sportline.az xəbər verir ki, partlayışın baş verdiyi ərazidən məktub tapılıb. Məktubu yazan şəxs partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü qeyd edib. Hazırda polis məktubu yazan şəxsi axtarır. Dortmund polisinin rəhbəri Qreqor Lanqe mətbuata verdiyi açıqlamada hadisənin terror olduğunu birmənalı surətdə təsdiqləməyib. Partlayış “Borussiya”nın avtobusunun yaxınlığında baş vermiş, hadisə nəticəsində yüngül xəsarət alan Dortmund təmsilçisinin müdafiəçisi Mark Bartra xəstəxanaya yerləşdirilmişdi.