Paulo Dibala Səudiyyə Ərəbistanına getməkdən imtina edib
"Əl Qadisiya" klubu Romanın ulduz futbolçusu Paulo Dibalaya illik 20 milyon avro maaşla 2 illik müqavilə təklif edib.
Sportline.az La Gazetta della Sport-a istinadla xəbər verir ki, 30 yaşlı argentinalı futbolçu Avropa qalmaq istədiyini bildirərək təklifi qəbul etməyib.
2022-ci ildə "Roma"ya transfer olunan Dibala ötən mövsüm 39 oyuna çıxıb.Ulduz futbolçu bu görüşlərdə 16 qol və 10 asistə imza atıb.
Qeyd edək ki, daha əvvəl "Palermo" və "Yuventus" kimi klubların formasını geyinən Dibala 2022-ci ildə Argentina ilə Dünya çempionu olub.