Pavel Paşayev Kiyev "Dinamo"suna qarşı oynadı
Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Ukrayna çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib Kiyev "Dinamo"su olub.
Səfərdə keçirilən görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:0.
Start heyətdə meydana çıxan Paşayev sonadək oynayıb.
Qeyd edək ki, "Aleksandriya" 4 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.