"Lokomotiv" Qalaktionovla davam edəcək

Rusiyanın "Lokomotiv" klubu baş məşqçi Mixail Qalaktionovun müqaviləsini uzadacaq.

Sportline.az Championat.com-a istinadla xəbər verir ki, 39 yaşlı çalışdırıcının məvacibi eyni qalmaq şərti ilə müqaviləsi daha 2 il uzadılacaq.Qalaktionov "Lokomotiv"də aya 5 milyon rubl qazanır.

Rusiyalı mütəxəssis 2022-ci ildən klubun "sükanı arxasındadır". "Lokomotiv" bu mövsüm onun rəhbərliyi altında Premyer Liqada 28 turdan sonra 47 xalla 4-cüdür.

Qeyd edək ki, "Loko" liqada növbəti oyununu "Fakel"ə qarşı keçirəcək. Matç mayın 16-da saat 16:30-da başlanacaq.